Entoni Hopkins

Doğum günü:

31 dekabr, 1937

Yaş:

78

Kinotap-da filmlər:

5

Entoni Hopkins (ing. Philip Anthony Hopkins) — ABŞ və Böyük Britaniya aktyoru.
Entoni Hopkins 1937-ci ildə Böyük Britaniyada, Uels qraflığının Port-Tolbot şəhərində anadan olmuşdur. 1963-cü ildə Kral dram incəsənəti akademiyasını bitirir. 1967-70-ci illərdə Britaniya milli teatrında fəaliyyət göstərir. Sonralar ABŞ-a yollanır və kinolarda çəkilməyə başlayır.
1992-ci ildə "Quzuların sükutu" filmində yaratdığı kanibal-manyak obrazına göre "Oskar" mükafatına layiq görülür.
Rejissor işinə isə 1995-c ildə Anton Çexovun "Vanya əmi" əsərinin motivlərinə çəkdiyi "Avqust" filmini misal göstərmək olar.
1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırır. Bu mükafat ona Böyük Britaniya incəsənətinə göstərdiyi misilisiz xidmətləri və onu bütün dünyada layiqliklə yaymasına görə verilir.

Vəzifə Aktyor