Tom Kruz

Doğum günü:

3 iyul, 1962

Yaş:

54

Kinotap-da filmlər:

5

Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü, d. 3 iyul 1962, Sirakuz) tanınmış amerikalı aktyor və film prodüseri - üç dəfə Akademiya Mükafatına namizəd göstərilmiş, Qızıl Kürə mükafatlı oyunçu. Forbes jurnalı tərəfindən 1 ildə 67 milyon dollar qazancıyla 2006-cı ildə dünyanın ən güclü məşhuru seçilmişdir. Üç dəfə Akademiya mükafatına namizəd göstərilməsinə baxmayaraq bu mükafatlardan heç birini götürə bilməmişdir. Üç dəfə Qızıl Kürə qazanmışdır.

Aktyorluq karieri Kinoya 1981-ci ildə Franco Zeffirellinin Endless Love adlı filmiylə başladı. Ardından Corc C. Scott, Timothy Hutton və Sean Penn ilə birlikdə rol aldıgı Tapsda oynadı. Bunu ilk dəfə Qızıl Kürə mükafatına namizəd göstərildiyi 1983 istehsalı Risky Business izlədi. 1986-cı ilə gəlindiyində Top Gun adlı filmdə portretini çəkdiyi 'Maverick' roluyla 80-ci illərin ən məşhur xarakterlərindən birini canlandırmış oldu.
Bu dövrlərdə The Color of Money "Pulun Rəngi, Rain Man", "Yagış Adam", ilk dəfə Oscara namizəd göstərildiyi "Born on the Fourth of July" (Ad günü 4 İyul və Fara and Away) Uzaq Üfüqlər adlı filmlərdə baş rol oynadı.
1993-cü ildə oynadıgı və Leytenant J. G. Daniel Kaffee roluyla kamera qarşısına keçdiyi "A Few Good Man" Bir neçə Yaxşı Adamdakı performansıyla üçüncü dəfə Qızıl Kürəyə namizəd göstərildi.
1996-da oynadıgı və bir idman agentliyinin sahibini canlandırdıgı Jerry Maguire isə ən yaxşı kişi oyunçu budagında ikinci dəfə Oscara namizəd göstərilərkən, ən yaxşı kişi oyunçu budagında Qızıl Kürə mükafatını qucaqladı. Stanley Kubrickin "Eyes Wide Shut" (Gözləri Tamamilə Baglı) adlı filmdə boşandıgı arvadı Nicole Kidman ilə birlikdə kamera qarşısına keçdi.
Rejissorlugunu Paul Tomas Andersonun boynuna götürdüyü 2000 istehsalı Magnolia / Manolya adlı filmdə ‘ən yaxşı köməkçi kişi oyunçu' budagında bir dəfə daha Qızıl Kürə mükafatına layiq görüldü.

Vəzifə Aktyor