Fizuli Hüseynov

Doğum günü:

9 sentyabr, 1962

Yaş:

54

Kinotap-da filmlər:

1

Füzuli Hüseynov – Aktyor, Əməkdar artist.

Hüseynov Füzuli İsmət oğlu (09.09.1962) ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra işə götürülmüşdür.
Burada çalışdığı illər ərzində F.Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını biruzə vermişdir.
O dövrdə hələ gənc olan aktyor V.Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ.Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F.Q.Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Zaur, S.Rəhmanın "Yalan"ında Şamil, N.Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V.Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanmış, onun sevimli sənətçisinə çevrilmişdir.
Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F.Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilmişdir. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.
F.Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilmişdir. Sonralar səhəti ilə bağlı F.Hüseynov sənətdən ayrı düşmüş, lakin 2004-cü ilin aprel ayından yenidən ona doğma olan Akademik Milli Dram Teatrına qayıtmışdır.
N.Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V.Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını. M.Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynamışdır.

Vəzifə Aktyor