Sabir Məmmədov

Doğum günü:

24 yanvar, 1961

Yaş:

55

Kinotap-da filmlər:

3

Sabir Məmmədov — Azərbaycan aktyoru, film səsləndirən.

Məmmədov Sabir Novruz oğlu 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır:
Xoşbəxt adam ("Park", Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Hüseyn ("Bəxt üzüyü", Vaqif Səmədoğlu), Toğrul ("Uca dağ başında", Vaqif Səmədoğlu), Xəlil ("Müvəqqəti ər", Rəşid Nuri Güntəkin) və s.
Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır: Səfər ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Kumar ("Qanqın böyük dalğası", C.Əfruz), Fərman ("Yalan", Sabit Rəhman), Şahmar ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Saday bəy ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Akkanad ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), İlus ("Burla xatun", Nəbi Xəzri), Teymur ağa ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Novruz bəy ("Aydın", Cəfər Cabbarlı), Sarvan ("Bu dünyanın adamları", Hidayət), Şair ("Kəllə", Nazim Hikmət), Horatsio ("Hamlet", Uilyam Şekspir), M.Ə.Sabir ("Hərənin öz payı", X.Qoca), Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yavuz ("Afət", Hüseyn Cavid), Oğlan ("Qatil", Elçin), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Seyid Hüseyn ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Fərəc ("Boy çiçəyi", İlyas Əfəndiyev).
Sabir Məmmədov "Kamança" (Əbdüləli), "Qaçaq Süleyman" (Murad), "Yağışdan sonra" (Əmin), "Apardı sellər Saranı" (İgid), "Qırmızı qar" (Əsgər) teletamaşalarına və "Babamın babasının babası" (Tapdıq), "Təzə evlənənlər" (Rüstəm) bədii filmlərinə çəkilib.
Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
2005-ci və 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Vəzifə Aktyor