Kventin Tarantino

Doğum günü:

27 mart, 1963

Yaş:

53

Kinotap-da filmlər:

14

Kventin Tarantino — Amerika rejissoru və prodüseri.
Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus və Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanmışdı. Anası Konni Makhyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb Karyerası 1990-ci illərdə müstəqil filmlərdən başlamışdı. Çəkildiyi məşhur filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Bili öldürmək" (2003). Üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilir.

Rejissorların çoxundan ferqli olaraq Tarantino öz sənədini özu, video prokatda klerk işləyərkən, öyrənmişdir. Onun kinematoqraf zövqü orijinal pop-culture və specialty movie sintezi təsiri altında formalaşıb. Tarantinonun bütün kinolarına öz xüsusi xətti məxsusdur, ona gorə də başqa rejissorların işlərini Tarantino filmləri ilə səhv salmaq çətindir.
Hər şeydən öncə onun filmləri dolaşıq və parçalanmış xronoloqiya axımı ilə fərqlənir, ondan başqa qanlı səhnələrin tam açıq və dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənməkdədir. 

Tarantino filmlərinə başqa kiçik əlamətlər də məxsusdur. Qəhramanlar adətən “General motors” avtomobillərini idarə edirlər, əsasən “Chevrolet” və “Cadillac” markalarını. Kinoların hamısında nəsə holland yer almaqdadır: “Reservoir köpəklər” filmində ilk “Little Green Bag” mahnısısnı George Baker ifa edib, söz və musiqini isə Jan Gerbrand Visser və Benjamino Bouwens yazıblar – onların hamısı hollanddır. “Pulp Fiction” filmində qəhramanlar Amsterdam haqqında danışırlar, Vincent Vega holland piposunu çəkir, “Kill Bill” filmində Uma Turman qəhramanının adi Beatriksdir – Hollandiyanın indiki kraliçasının adı.
Demək olarki Tarantinoun bütün kinolarında mexican standoff səhnəsi vardır, bu səhnədə bir neçə qəhraman bir birlərinə silah yönəldirlər. Filmlərdə çox professionalcasına qəhramanlarin bədən hissələrinin kəsilməsi imitativ səhnələri qurulub, böyük hissəsi kadrın arxasında qalan şiddət və qəddarlıq yer alır, bu elementlərin rejissorun kinolarında böyük yer almasına baxmayaraq, real həyatda Tarantinoun şiddətdə nifrət edir.
Kinolarda çoxlu sayda close up ve daha çox extreme close up’da çəkilmiş bədən hissələri və ya əşyalar var, maşın baqajnikindən çəkən kamera rakursları rejissorun bütün filmlərində yer alır. Qəhramanların çoxu ləqəqblənir. Kinoda reklama nifrət etdiyinə görə, Tarantino tez-tez uydurlmuş brendlərdən istifadə edir, misal üçün kinolarin çoxunda “Red Apple” siqaretlərini görmək olar. Əsas qəhraman ən azindan bir cinayət işi görüb, bəzi kinolarında qəhramanlar ağ qara kostyum geyinirlər, dialoqlar daha çox kafe və restoranlarada aparılır.
Ssenarilərin coxunda azyaşlı uşaqların valideyinlərinin oldürülmə səhnələrini görmək olar. Misal üçün “Reservoir Köpəklər” filmində polismen yalvarır: “Məni öldürmə, mənim balaca uşaqım var!” sonra isə onu soyuqqanlıcasına öldürürlər. “Kill Bill. Vol I” filmində isə Beatriks balaca Nicky gözü önündə anasını öldürür. “İnglourious Basterds” filmində Diane Kruger qəhramanı təzəlikçə ata olan alman əskərini qətlə yetirir. Daha cox Tarantino Harvey Keitel, Michael Madsen, Uma Turman, Tim Rot, Samuel L. Jackson kimi aktyorlarla işləməyə üstünlük verir. Rejissorun hər filmində (Death Proof filmini nəzərə almasaq) Scorsese’nin “Mean Streets” filmində oynayan aktyorlardan biri çəkilib.

Vəzifə AktyorProducer