Keyt Vinslet

Doğum günü:

5 oktyabr, 1975

Yaş:

41

Kinotap-da filmlər:

5

Keyt Elizabet Vinslet - . Oskar, Britaniya Akademiya Film mükafatı, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı sahibi, İngilis aktrisası.
22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Vinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır.

Keyt Vinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Vinsletin atası Roger Vinslet və anası Seli Vinslet də aktyorluq sənəti ilə məşğul idilər.
Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qıza sahib olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.

Aktyorluğa ilk addımını 11 yaşında, bir TV reklamıyla atan Uinslet, daha sonra 1990-cı illərin əvvəllərində müxtəlif TV seriallarında aktyorluq təcrübəsini artırmağa davam etdirmişdir. Ən yaxşı kinolarda yer alan Vinslet günümüzə qədər yaradıcılığını davam etdirməkdədir.

Vəzifə Aktyor