Georgi Vitsin

Doğum günü:

18 aprel, 1917

Yaş:

99

Kinotap-da filmlər:

2

Georgi Mixayloviç Vitsin — rus aktyoru, Rusiyanın xalq artisti (1990).
Həyatı 

Georgi Vitsin 23 aprel 1918-ci ildə Petroqradda anadan olmuşdur.
1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-ci ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir.
Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.
Onu bütün SSRİ-də tanıdan kino rolu isə tanınmış kinorejissor Leonid Qaydayın filmlərindəki Qorxaq obrazı olur. G. Vitsin bu obrazı 4 filmdə – "Köpək Barbos və qeyri-adi qaçış", "Araq çəkənlər", ""I" əməliyyatı" və "Qafqaz əsiri" ifa etməyə müvəffəq olur. Vitsin, bundan başqa bir çox animasiya filmlərinin dublyajı ilə də məşğul olmuşdur.
Ömrünün son illərini öz mənzilində bütün jurnalistlərdən "qaçaraq" keçirən Georgi Mixayloviç Vitsin 22 oktyabr 2001-ci ildə (digər mənbəyə əsasən 23 oktyabr) vəfat etmişdir.

Vəzifə Aktyor