Leonid Qayday

Doğum günü:

30 yanvar, 1923

Yaş:

93

Kinotap-da filmlər:

2

Leonid İoviç Qayday (rus. Леонид Иович Гайдай) — Sovet kinorejissoru, ssenaristi və aktyoru.

Həyatı 

Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olmuşdur. Onun atası İov İsidoroviç Qayday (1886-1965) dəmiryolunda çalışmışdır. Leonidgil ailədə üç uşaq idilər; ondan başqa qardaşı Aleksandr və bacısı Avqust da var idi. Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində almışdır.
Daha sonra o, Böyük Vətən müharibəsində iştirak edir. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunur. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alır, işıqçı və aktyor kimi çalışmağa başlayır.
1949-1955-ci illdərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir. Filmlərinin ssenarisini demək olar ki, həmişə Qayday özü yazırdı. Bu filmlərdəki bir çox frazalar xalqın dilində zərb-məsələ çevrilmişdi. Onun "Brilyant əl" kinokomediyası prokatda birinci yer tutmuşdur. 1970-ci illərdə daha çox rus klassiklərinin (İlf, Petrov, Bulqakov, Qoqol) əsərlərini ekranlaşdıran Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkir.
L.İ. Qayday Nina Qrebeşkova ilə ailə həyatı qurmuşdu.
Leonid İoviç Qayday 19 noyabr 1993-cü ildə Moskvada vəfat etmişdir.

 

Vəzifə AktyorProducer