Natalya Seleznyova

Doğum günü:

19 iyun, 1945

Yaş:

71

Kinotap-da filmlər:

1

Nataliya İqoryevna Seleznyova (rus. Наталья Игоревна Селезнёва) — Rusiya aktrisası, Rusiyanın xalq artisti (1996).

Həyatı 

Nataliya Seleznyova 19 iyun 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1966-cı ildə Şşukin adına teatr məktəbini bitirmiş və satira teatrının aktrisası olur.
6 yaşında Sovet Ordusu tearının tamaşasında baş rollardan birini ifa etmişdir. Kinoda isə 1953-cü ildən fəaliyyət göstərməyə başlamışdır. Seleznyovanın ən böyük kino uğuru isə kinorejissor Leonid Qaydayın məşhur ""I" əməliyyatı və Şurikin başqa macəraları" kinoalmanaxındakı Lida obrazı olmuşdur. Bundan sonra o, Qaydayın daha iki filmində maraqlı obrazlar yaratmışdır.
Şəxsi həyatına gəldikdə isə, Nataliya Seleznyova 1968-ci ildə çəkilən "Xəlifə leylək" filmində tanış olduğu aktyor Vladimir Alekseyeviç Andreyevlə ailə qurmuşdur. 1969-cu ildə onların oğlu Yeqor dünyaya gəlmişdir.

Vəzifə Aktyor