Vladimir Etuş

Doğum günü:

6 may, 1922

Yaş:

94

Kinotap-da filmlər:

2

Vladimir Abramoviç Etuş — Rusiyanın teatr və kino aktyoru.

Vladimir Abramoviç Etuş 6 may 1923-cü ildə Moskvada yəhudi ailəsində anadan olmuşdur.
Böyük Vətən müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit olmuşdur. 1943-cü ildə Tokmakın (Ukrayna) Jovtneve kəndində ağır yaralanmışdır. Xəstəxanadan çıxandan sonra 2-ci qrup əlil adını alır. 1945-ci ildə V. Etuş Şşukin adına teatr məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva teatrında çalışmağa başlayır. Getdikcə əsas aktyorlardan birinə çevrilir.
Aktyor kino fəaliyyətinə 1953-cü ildə Mixail Rommun “Admiral Uşakov” tarixi filmində çəkilməklə başlamışdır. Vladimir Etuş kəskin xarakterli və komik rolların mahir ifaçısı olmuşdur. Geniş tamaşaçı kütləsi onu daha çox məşhur rejissor Leonid Qaydayın “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” kimi komediyalarından tanımışdır.
1945-ci ildən etibarən Vladimir Etuş fəal surətdə Şşukin adına teatr məktəbində müəllimliklə məşğul olmuşdur. 1976-cı ildə oranın professoru olmuşdur. 1987-ci ildə isə oranın rektoru olmuşdur. 2009-2011-ci illərdə Rusiyada Mərkəzi aktyor evinin direktoru olmuşdur.

Filmoqrafiya 

Admiral Uşakov (1953)
Ovod (film, 1955)
Sədr (1965)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
Stüardessa (1967)
Kabulda tapşırıq (1970)
12 stul (film, 1971)
Kişilər (1972)
İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
Buratinonun macəraları (1975)
Fəlsəfə doktoru (1976)
31 iyun (1978)
Düma Qafqazda (1979)
Anın quruluşu (film, 1980)
Klassik (1998)

Vəzifə Aktyor