Əmir Xan

Doğum günü:

14 mart, 1965

Yaş:

51

Kinotap-da filmlər:

1

Əmir Hüseyn Xan (14 mart 1965) — məşhur hind aktyoru.
ƏMİR XAN (AAMIR KHAN)
Hindistan kinosunun ən böyük ulduzlarından biri olaraq qəbul edilən aktyor,eyni zamanda produsser,rejissor və senarist kimi də məşhurdur. Azərbaycan və Turkiyə də daxil olmaqla bütün dünyada tanınır və sevilir.AAMİR KHAN PRODUCTİON adlı şirkəti var.Hindistanın ən çox qazanan aktyorudur. Ləqəbi Mr.Perfectionist ( mükəmməliyyətçi) – dir. 1965 ci il 14 Mart da Hindistanin Bombay şəhərinin Bombay Bandra Holy ailə xəstəxanasında , müsəlman ailəsində dünyaya gəlib.Əsil adı ƏMİR HÜSEYİN XAN –dır. Atası Tahir Hüseyin Xan, anası Zinət Xan – dır. Qardaşları Fazil və Heydər Əli Xan , bacıları isə Nikat və Fərhad Xan – dır.
ƏMİR XAN –ın ilk filmi 8 yaşında çəkildiyi , əmisi Nəsir Hüseyin Xan – ın filmi olan “Yaadon ki Barat “ (1973) olub. 1985 ci ildə çəkildiyi “Holy” filmi aktyorun ilk təcrübəli (prafisional) filmi olmuşdur. 1988 ci ildə Juhi Chawla ilə çəkildiyi “QAYAMAT SE QAYAMAT TAK” filmi boyük marağa ve diqqətə səbəb olub. İldə sadəcə bir filmə çəkilməyə üstünlük verən aktyor indiyə qədər 47 filmdə baş rolda çəkilib. “Andaz apna apna” “Baazi” “Raja Hindustani” “Ghulam” “Mann” “Sarfarosh” “Dil Chata Hai” “Mangal Pandey” “Rang De Basanti” “Fanaa” “Talaash” kimi böyük səs gətirən filmləri var.Çəkildiyi bir çox filmlər İMDB –də 8 dən yuxarı xal almışdır.
2001 ci ildə produsserliyini etdiyi və çəkildiyi “ LAGAAN” filmi Oscar mukafatina namizəd olub.Dunyanın 10 müxtəlif ölkəsindən mükafatlar alıb. BBC – nin ölməzdən əvvəl görülməsi lazim olan 50 film siyahısına daxil olub.
2007 ci ildə rejissorluğunu və produsserliyini etdiyi eyni zamanda özünün də çəkildiyi “TAARE ZAMEEN PAR” (YERDƏKİ ULDUZLAR) filmi dünyanın bir çox ölkəsində izlənilmiş,böyük təqdirə layiq görülmüşdür. 2008 ci ildə çəkildiyi “GHAJİNİ” filmi Hindistanda o vaxta qədər çəkilən bütün filmlərin rekordunu alt üst edib ( 135.000.000.00 rp). 2009 cu ildə çəkildiyi “3 İDİOTS” ( 3 Səfeh) filmi “GHAJİNİ” nin rekordunu keçmişdir (200.000.000.00 rp). Bu film dunyanın bir çox ölkəsində hətta universitetlərdə də izlənmışdir. Beləliklə də Hindistanda 2 dəfə belə yüksək rekorda sahib yeganə aktyor ƏMİR XAN olmuşdur. “Mukafat mərasimlərində gerçək aktyorluğa yox,filmin kassa gəlirlərinə əhəmiyyət verildiyini “ söyləyərək ƏMİR XAN heç bir mukafat mərasimində iştirak etmir.
AİLƏ HƏYATI
Aktyor 1986 cı ildə Reena Dutta adlı xanımla ailə qurub.Bu ailəsindən Junaid(Cunayd) adında oğlu, İra adında qızı var.Lakin 2002 ci ildə cütlük ailə həyatına son qoyub. 2ci ailə həyatını isə 2005 ci il 28 Dekabrda senarist və produsser olan Kiran Rao ilə qurub.Bu ailəsindən də Azad (5 Dekabr 2011) adinda bir oğlu var. 2012 ci ildə anasına verdiyi sözü tutarağ birlikde HƏCCƏ gediblər.
TV
2012 ci ilin 6 May tarixində Star plus kanalında “Satmayev Jayate” (gerçəklər daima qazanar) adlı tv proqramı başlayıb.Bu proqramda ölkədə baş verən amma çox insanın dilə gətirməyə cəsarət etmədiyi problemləri gün işığına çıxardıb.Uşağ istismarını,qız usağlarının hələ ana bətnindəykən götürülməsini geniş bir şəkildə ələ almışdır.Bu və bir çox sahədə hüquqi prossesin başlanmasına və konstitusiyaya qanunların əlavə olunmasına səbəb olmuşdur.

Yaadon Ki Baarat (1973)
Madhosh (1974)
Holi (1985)
Qyamat Se Qyamat Tak (1988)
Raakh (1989)
Love Love Love (1989)
Deewana Muh Sa Nahin (1990)
Jawani Zindabad (1990)
Tum Mere Ho (1990)
Dil (1990)
Awwal Number (1990)
Afsana Pyar Ke (1991)
Dil Hai Ke Manta Nahin (1991)
Parampara (1992)
Daulat Ki Jung (1992)
Isi Ka Naam Zindagi (1992)
Jo Jeeta Wohi Sikandar (1992)
Hum Hain Rahi Pyar Ke (1993)
Andaz Apna Apna (1994)
Aatank Hi Aatank (1995)
Baazi (1995)
Rangeela (1995)
Akele Hum Akele Tum (1995)
Raja Hindustani (1996)
Ishq (1997)
Earth (1998)
Ghulam (1998)
Mann (1999)
Sarfarosh (1999)
Mela (2000)
Dil Chahta Hai (2001)
Lagaan (2001)
Mangal Pandey (2005)
Rang De Basanti (2006)
Fanaa (2006)
Taare Zameen Par (2007)
Ghajini (2008)
3 Idiots (2009)
Luck By Chance (2009) (Misafir Oyuncu)
Dhobi Ghat (2010)
Talaash (2012)
Dhoom: 3 (2013)
Peekay (2014)

Vəzifə Aktyor