Əminə Yusifqızı

Doğum günü:

24 sentyabr, 1936

Yaş:

80

Kinotap-da filmlər:

5

Əminə Yusifqızı (əslində Yusifqardaş qızı)   - aktrisa, Azərbaycanın xalq artisti (1998).

Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", R.İsmayılov), Humay ("Komsomol poeması", İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.

 

Vəzifə Aktyor