Afaq Bəşirqızı

Doğum günü:

15 avqust, 1955

Yaş:

61

Kinotap-da filmlər:

1

Səfərova Afaq Bəşir qızı (Afaq Bəşirqızı) — azərbaycanlı aktrisa, Azərbaycanın xalq artisti.

Afaq Bəşirqızı 15 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil alıb. Ailəlidir, bir oğlu var. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Burada klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. 1989-cu ildə Musiqili Komediya Teatrına dəvət alıb.Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində aktyorluq kursunda dərs deyir.

 

Vəzifə Aktyor