Zərnigar Ağakişiyeva

Doğum günü:

6 noyabr, 1945

Yaş:

71

Kinotap-da filmlər:

1

Zərnigar Ağakişiyeva - Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti.

Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır:
Tatyana (M.Qorki "Meşşanlar"),
Xuraman (S.Vurğun "Vaqif"),
Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır"),
Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?"),
Zivər (Anar "Təhminə və Zaur"),
Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan"),
Fəxrəndə xanım (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı"),
Bernardo (Federiko Qarsia Lorka "Dişi canavar"),
Pəri xanım (M.F.Axundov "Lənkəran xanıının vəziri"),
Qadın ( Elçin "Poçt şöbəsində xəyal"),
Yasəmən (S.S.Axundov"Eşq və intiqam"),
Ana (B.Vahabzadə "Dar ağacı"),
Qadın (N.Hikmət "Kəllə"),
Kərbəlayi Fatma (C.Məmmədquluzadə "Ölülər")
kimi janr etibarı ilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

Vəzifə Aktyor