Ofeliya Aslan

Doğum günü:

27 yanvar, 1939

Yaş:

77

Kinotap-da filmlər:

1

Əfqanlı Ofeliya Rza qızı (Ofeliya Aslan) – Azərbaycan aktrisası.

Ofeliya Aslan 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və s. rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunu oynayıb. 47 illik səhnə fəaliyyətinə baxmayaraq aktrisaya heç bir fəxri ad verilməyib.
2010-cu il mayın 18-i Bakıda vəfat edib.
Aktyor Səyavuş Aslanın keçmiş həyat yoldaşıdır.
Aktyor Rza Əfqanlının qızıdır.

Vəzifə Aktyor