Silvestr Stallon

Doğum günü:

6 iyul, 1946

Yaş:

70

Kinotap-da filmlər:

9

Silvestr Qardensio Stallon (Slay, d. 6 iyul, 1946, Nyu-York) — görkəmli Amerika aktyoru, rejissoru, prodüseri və ssenari müəllifi. Seriallarda da çıxış etmişdir. Con Rembo və Rokki Balboa məşhur rollarının ifaçısıdır. 1970-ci ildən fəaliyyət göstərir. Arvadları əvvəlcə Saşa Çak, sonra Brigitta Nilsen olub, indiki Cennifer Flavindir.

 

Silvestr Stallon 1946-cı il iyul ayının 6-sı ABŞ-ın Nyu-York ştatının Nyu-York şəhərində anadan olub. Öz sözlərinə əsasən uşaqlığı elə də xoşbəxt keçməyib. Stallonunun dodaqları, dili və çənəsi uşaqlıqdan bəri iflic olub. Üzü ilə baş vermiş problemlər sonradan onun bir növ vizit kartına çevrilmişdir. Uşaqlıqda raxit xəstəliyindən əziyyət çəkmiş və günlərini daima evdə keçirmişdir. Valideynləri həm Silvestrə həm də onun qardaşı Frank Stallona qarşı çox laqeyd idilər. Valideynləri 1957-ci ildə boşandıqdan sonra 11 yaşlı Silvestr öz atası ilə qaldı. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilirdi. Onun qiymətləri olduqca pis idi və o tez-tez sinif yoldaşları tərəfindən ələ salınırdı. Uşaqlıq illərində o öz fantaziyalarında özünü super qəhrəman kimi canlandırırdı. 15 yaşında Stallon Filadelfiyaya, anası və onun yeni ərinin yanına köçür. Bu vaxtlar o ağırlıq qaldırma ilə məşğul olur və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş "Deveraux High School" məktəbində təhsil alır. Burada o həmçinin qılınc oynatma, futbol və disk atma kimi idman növləri ilə məşğul olur və məktəb pyeslərində rol alır. Məktəbi bitirdikdən sonra Stallon İsveçrənin Amerika kollecində atletik təqaüdü qazanır. Burada o qızların atletika üzrə məşqçisi olur və məktəb tərəfindən təşkil edilən Artur Millerin "Satıcının ölümü" adlı əsərində baş rolda çıxış edir. ABŞ-a qayıtdıqdan sonra, Mayami Universitetində təhsil almış və 1969-cu ildə Nyu-Yorka köç etmişdir.
İlk öncələr Stallone bir sıra aşağı səviyyəli teatrlarda rollar qazanırdı. Gənc yaşlarında hətta bir sıra pornofilmlərdə də çəkilmişdi. 1971-ci ildə Stallon Vudi Allenin "Bananlar" filmində rol alır. Amma 1971-ci ildə ona müraciət etdiyi "Xaç atası" filmində rol vermirlər. 1973-cü ildə "Qiyamçı" filmində baş rola çəkilir. 1974-cü ildə aktrisa Saşa Çak ilə ailə həyatı qurur və Kaliforniyaya köçür. 1974-cü ildə ssenarisi özü tərəfindən yazılmış "Flətbaşın hökmdarı" filmində rol alaraq uğur qazanır. "Rokki" filmi üçün yazdığı ssenari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülür.
Stallon artıq Hollivudun A kateqoriyalı aktyorları arasına düşmüşdü. O 4 ədəd əlavə "Rokki", 3 "Rembo" və "F.I.S.T." filmlərinin ssenarilərini qələmə almış və onlarda çəkilmişdi. Rejissor debütünü isə "Cənnət xiyabanı" adlı əsəri ilə etmişdi. Bundan başqa o, başqa rejissorlar tərəfindən çəkilən "Dağıdıcı", "Hakim Dredd" və "Polislər ölkəsi" filmlərində rol almış və hətta yaşlanmış şerifi təsvir etmək üçün 30 fut kökəlmişdi. Stallonun "Dayan, yoxsa anam atəş açaçaq" və "Oskar" kimi filmləri uğurluluq və gəlirlilik cəhətdən müvəfəqiyyətsiz olublar. 1998-ci ildə baş qəhramanlarından birini səsləndirdiyi "Antz" cizgi filmi olduqca böyük uğur qazanır.
Stallonenin şəxsi həyatı ilə bağlı bir sıra problemləri mövcuddur. İlk həyat yoldaşı olan Saşadan iki oğlu dünyaya gəlmişdir: Sage və Seargeoh. Searhgeoh anadangəlmə autizm xəstəsidir. 1985-ci ildə Stallon Saşa ilə boşanır və Brigitt Nilsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir. 1997-ci ildə isə Ceniffer Flavinlə ailə həyatı qurur və cütlüyün üç uşağı dünyaya göz açır. Qızı Sofiya anadan gəlmə ürəyində olan dəlikdən əziyyət çəkirdi. Lakin aparılan uğurlu əməliyyatlar nəticəsində bu problem aradan qaldırılmışdır.

Vəzifə AktyorProducer