Gülşən Qurbanova

Doğum günü:

19 dekabr, 1950

Yaş:

66

Kinotap-da filmlər:

2

Gülşən Ağadadaş qızı Qurbanova (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) — Azərbaycan aktrisası, film səsləndirən, Azərbaycan Respublikasının xalq artisti (1998).

Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). Həmin ildən Gənc Tamaşaçılar Teatrında çıxış edirdi.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.

Filmoqrafiya 
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Şeyda
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-özü
Anlamaq istəyirəm (film, 1980)
Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
Bağdada putyovka var... (film, 2000)
Balıq günü (film, 1983)
Bayquş gələndə (film, 1978)
Bir axşam... (film, 1985)
Bir dəfə Qafqazda (film, 2007)
Cin mikrorayonda (film, 1985)
Evləri köndələn yar (film, 1982)
Günlərin bir günü... (film, 1981)
İntizam (film, 1983)
İşgüzar adamlar (film, 1977)
Qoca palıdın nağılı (film, 1984)
Mən mahnı qoşuram (film, 1979)
Mənim günahım (film, 1985)
Ordan-burdan (film, 1987)
Ötən ilin son gecəsi (film, 1983)
Pərilərə inanmayın (film, 1979)
Yol əhvalatı (film, 1980)

Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Aktyor Ağadadaş Qurbanovun qızıdır.
Aktyor Hamlet Qurbanovun ögey bacısıdır. (ata bir, ana ayrı)
Aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı olmuşdur.

Vəzifə Aktyor