Dolf Lundqren

Doğum günü:

3 noyabr, 1957

Yaş:

59

Kinotap-da filmlər:

4

Dolf Lundqren (isveçcə: Dolph Lundgren , 3 noyabr 1957, Stokholm, İsveç) — Əsl adı Hans Lundqrendir. Əslən İsveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren Karate Kyokuşinkay stili üzrə üçüncü dərəcəli Qara kəmər mükafatçısıdır. Lundqren kino həyatına Rocer Murun baş rol aldığı "Ceyms Bond" seriyalarından olan "Öldürmək üçün təsvir" filmində canlandırdığı KQB agenti rolu ilə başlamışdı. 1985-ci il istehsalı olan və baş rolu canlandıran Silvestr Stallonenin çəkildiyi Rokki 4 filmində sovet boksçusu İvan Draqonu, 1987-ci il istehsalı olan "Kainatın sahibləri" filmində dövrün kult halına gələn televiziya cizgi film qəhrəmanı olan "He-Men" rolunu canlandıran Lundqren, ardından Qırmızı əqrəb filmi ilə məşhurluğunu daha da artırdı. Jan-Klod Van Damm ilə oynadığı Universal əsgər filmində Vyetnamda öldükdən sonra ordu əməliyyatlarına göndərilən Kiborq rolunu oynayarkən, döyüş sənətlərindən bəslənən pis xarakterləri canlandırmağa davam etdi. Brüs Linin oğlu Brendon Li ilə Kiçik Tokioda mübahisə filmində ailəsi yakudzalar tərəfindən öldürülən bir polis rolunu, "Marvel" komiks jurnalının cizgi roman qrupuna aid olan bir intiqam sui-qəsdçisi olan Cəzalandıran personajını, döyüş-qorxu tərzində olan Qaranlıq mələyi filmində insanları öldürən yadplanetlini tutmağa çalışan Agenti, Kianu Rivz ilə çəkildiyi "Conni Mnemonik" filmində özünü İisus Xristos adlandıran dəli qatil rolları adını hər kino tamaşaçı kütləsinə çatdırmış və tanıtmağı bacarmışdır. Karyerasının sonlarına doğru gedərək daha keyfiyyətsiz filmlərdə görünməyə başlayan Lundqren, bu vəziyyətdən narahat olduğu üçün 2002-ci ildə kino karyerasına fasilə verərək, ailəsinə daha çox zaman ayırmaq qayğısı ilə bu qərarı aldığını ifadə etdi. Dolf Lundqren bundan sonra filmlərdə çox az görünürdü. 2010-cu ildə Məğlubedilməzlər filminə çəkilərək Yansen rolunu canlandırmışdır. Bu film Lundqrenin uzun fasilədən sonra çəkildiyi ən yaxşı filmi idi. 2012-ci ildə isə filmin ardı olan Məğlubedilməzlər 2 filmində yenidən Yansen rolunu canlandırmış və populyarlıq əldə etmişdir.

Vikipediya

Vəzifə Aktyor