Karizma Karpenter

Doğum günü:

23 iyul, 1970

Yaş:

46

Kinotap-da filmlər:

2

Karizma Li Karpenter (23 iyul 1970, ing. Charisma Lee Carpenter) — Amerikalı aktrisa.

Karizma Karpenter 23 iyul 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Karizma məktəbdə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib.

San-Diyeqoda o, Sənət Məktəbini bitirib. Gözəllik müsabiqəsində iştirak edən Karizma birinciliyə nail olub. Ancaq gözəl olması onun yeganə üstün cəhəti deyildi. Hollivuda üz tutmazdan əvvəl o, yaxşı təhsil almaq istəyirdi. Kollec üçün pul əldə etmək məqsədi ilə isə satıcılıq və ofisiantlıq etmək lazım gəldi. Ancaq bir reklam agentinin ona rast gəlməsi ilə Karizmanın karyerası start götürdü. O, iyirmidən çox reklam çarxına çəkildi və televiziya onun karyerasının məntiqi davamı oldu. Artıq ilk reklam çarxından sonra Xarizma dram kurslarına yazılmışdı. Bu uzun yol yeni şoulardan birində məktəb kraliçası rolunu oynamaqla başladı. "Malibu sahilləri", "Baffi" və "Mələk" serialları onun ilk işləri arasında yer alırdı. Aktrisa daha "Baffi" serialındakı kimi zərərverici bir qız obrazını yaratmaq istəmir.

Hazırda o, Los-Ancelesdə yaşayır. Boş vaxtlarında aktrisa alpinizm, piyada turizmi, suaytullanma və atçılıqla məşğul olmaqla yanaşı, həm də Meksika mətbəxinə aid xörəklər hazırlamağı sevir. Karizma Karpenter romantik məzmunlu şeirlər də yazır. Sevimli rəngi sarı olan aktrisanın ən xoşladığı film "Göyərçin qanadları", ən sevdiyi musiqi qrupu isə "Rolling Stones" qrupudur.

Vəzifə Aktyor