Mattias Hüz

Doğum günü:

14 fevral, 1959

Yaş:

57

Kinotap-da filmlər:

1

Mattias Hüz (alm. Matthias Hues, 14 fevral 1959) — əslən alman olan ABŞ aktyorudur. Ən məşhur filmləri sırasında "Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım", "Qaranlıq mələyi" və "Qanunun missiyası" filmlərini göstərmək olar.

Mattias Hüz 1959-cu ildə Almaniyanın Valtrop şəhərində dünyaya gəlmişdir. Yeniyetmə illərində idmanla məşğul olmuşdur. Karate və Taekvando üzrə qara kəmərə sahib olduqdan sonra ABŞ-a getmişdir. ABŞ-a köçdükdən sonra pulu qurtarmağa başlayır. Bu zaman Mattias gecəni maşınlarda keçirir. Burada Jan-Klod Van Dammın imtina etdiyi Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım filminə çəkilmişdir. Film Mattias Hüz Rusiyalı İvan rolunu canlandırmışdır. Çəkildiyi rola görə 6000 dollar honorar qazanmışdır. Bu filmdən sonra Mattias bakirə xaxnımın yanında cangüdən kimi çalışmışdır. 1990-cı ildə Qaranlıq mələyi filminə çəkildikdən sonra məşhurluq qazanmışdır. Mattias Hüzun boyu 196-sm-dir.

Vəzifə Aktyor