Russell Crowe

Doğum günü:

7 aprel, 1964

Yaş:

52

Kinotap-da filmlər:

6

Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zellandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var - Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı. Rassel Krou ailəyə kömək etmək üçün təhsilini yarımçıq qoyur. 80-ci illərin ortalarında o, "Russ Le Ros" musiqi kollektivində çıxış edir. Rassel Krou öz yeni "Roman Antix" rok-qrupunu yaradır. Sonralar qrup üzvləri tam heyətlə indiyədək səhnədə olan "30 Odd Foot Of Grunts" qrupuna keçirlər. 1990-cı ildə bir neçə serialda çəkilir. Rassel Krou müğənni-aktrisa Daniel Spenserlə evlidir. Onların Çarli (2003) və Tenison Spenser-Krou (2006) adlarında oğlanları var.

Vəzifə AktyorProducer