Fəxrəddin Manafov

Doğum günü:

2 avqust, 1955

Yaş:

61

Kinotap-da filmlər:

5

Manafov Fəxrəddin Manaf oğlu 2 avqust, 1955-ci ildə Xankəndidə anadan olub.
1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir.
1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor vəzifəsində çalışmışdır. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir [1]
1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülmüşdür.

Vəzifə Aktyor