Kemeron Diaz

Doğum günü:

30 avqust, 1972

Yaş:

44

Kinotap-da filmlər:

4

Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti isleyir,atasi ise UNOCAL neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi.
Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər. Anaları qızlarının ağır musiqiyə olan həvəslərini sakit qarşılayır, hətta Ozzi Ozbornun, Metallikin və Van Halenin konsertlərinə Kameronla gedirdi.
Uşaqlıqda Kameronun evdə siçan, pişik, quşlar, ilanlar və digər canlılardan ibarət kiçik bir zooparkı var idi. Zooloq olmağı arulayan Kameron aktrisa karyerası barədə heç düşünmürdü.

 

Diaz 16 yaşında model kimi öz karyerasına başladı. Diazın Elite Model Management moda agentliyi ilə müqaviləsi var idi. Növbəti bir neçə il ərzində o dünyanın aparıcı moda agentlikləri ilə müqavilələr bağladı. O, Calvin Klein və Live`s-in əsas modellərindən biri kimi işləyirdi. Kameronun 17 yaşı olanda - 1990-cı ildə Seventeen jurnalının üz qabığında şəkli çıxdı.

 

Cim Kerri ilə çəkildiyi "Maska" (1994) filmində uğurlu debütündən sonra, Kameron Diaz Hollivudda tanınır. Peşəkar model hal-hazırda aktrisa kimi kifayət qədər populyardır, bir çox filmlərə çəkilməklə yanaşı, cizgi və animasiya filmlərinin səsləndirilməsində də iştirak edir. Aktrisaya xüsusi populyarlıq gətirən son filmlər arasında "Dəyişik məzuniyyət" və "Dir dəfə Veqasda" filmlərinin adlarını çəkmək olar. 23 iyun 2009-cu ildə Hollivudun məşhur şöhrət xiyabanında aktrisanın adını daşıyan 2386 saylı ulduz peyda olub.

Vəzifə Aktyor