Zemfira Nərimanova

Doğum günü:

20 aprel, 1959

Yaş:

58

Kinotap-da filmlər:

1

Nərimanova Zemfira Əli qızı – 1959-cu il aprel ayının 20-də Bakıda doğulub. 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olub.1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb. Zemfira Nərimanova Akademik Milli Dram Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Şeyda ("Yastı təpə", Əkrəm Əylisli),
Sofi ("Yad adam", L. Frank),
Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
Xumar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
Südabə ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),
Kəniz ("Atabəylər", Nəriman Həsənzadə),
Qadın ("Sizi deyib gəlmişəm…", Anar),
Nübar ("Məhəbbət yaşadır", N. Hacızadə),
Rəna və Qaraçı ("İblis", Hüseyn Cavid),
Kama ("Kərgədan buynuzu", Maqsud İbrahimbəyov),
Çiçək ("Torpağa sancılan qılınc", Nəbi Xəzri),
Nastya ("Həyatın dibində", Maksim Qorki),
Kleopatra ("Kölgələrin oyunu", Y. Edlis),
Nisə xanım və Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Banu çiçək ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
Züleyxa ("Ah, Paris… Paris!..", Elçin),
Xanım ("Mənim ərim dəlidir", Elçin),
Qadın ("Hərdən mənə mələk də deyirlər…", Kamal Abdulla),
Paolina ("Kəllə", Nazim Hikmət),
Marta ("Anlaşılmazlıq", A. Kamyu ).
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da oynayıb. Onların arasında:

Leyla ("Pəncərədə işıq", İlyas Əfəndiyev),
Sarıköynək ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev),
Rəna ("Ordan-burdan", Üzeyir Hacıbəyovun felyetonları əsasında),
Nərminə ("Göz həkimi", İslam Səfərli),
Zərnişan ("İtkin gəlin", Əlibala Hacızadə).
Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.

Prezident təqaüdçüsüdür. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə[1] Prezident Mükafatına layiq görülmüşdür.

Vəzifə Aktyor