Eldar Quliyev

Doğum günü:

18 yanvar, 1941

Yaş:

75

Kinotap-da filmlər:

3

Görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Vəzifə Producer