İlqar Safat

Doğum günü:

1972

Yaş:

44

Kinotap-da filmlər:

2

KinoRejissor, şair, rok-bard. Bakı şəhərində 1972-ci ildə anadan olmuşdur. 1995-ci ildə «rus dili və ədəbiyyatı» ixtisası üzrə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1995-ci ildən 2000-ci ilə qədər Bakı ş. müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunurdu. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edirdi.

Yüzə yaxın mahnının müəllifi. 2002-ci ildə Moskva ş. SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirmişdir: V.İ.Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə illər ərzində təmsil etmiş «Dağın nəvəsi» filmini çəkmişdir.

Ali Kursları bitirdikdən sonra il yarım Xabarovsk ş. Uzaq Şərq Kinoxronika Studiyasında Rejissor işləmişdir. 2003-cü ildə «Səma kökləri» filminə görə Xabarovsk Diyarı Qubernatorunun diplom və mükafatına layiq görülmüşdür.

«Səma kökləri» filmi dünyanın müxtəlif şəhərlərində göstərilmişdir, bir çox rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leypsiq, Barselona, Praqa, Auqsburq və b.) iştirakçısı olmuşdur. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna daxil edilmişdir. «Səma kökləri» filmi Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin (American Museum of Natural History) kitabxanasına daxil edilmişdir.

Vəzifə Producer