Ruslan Ismayılov

Doğum günü:

12 dekabr, 1981

Yaş:

35

Kinotap-da filmlər:

1

Ruslan İsmayılov 12 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsinə, rejissor Cənnət Səlimovanın kursuna daxil olaraq 2002-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə həmin ali məktəbin magistraturasını da fərqlənmə diplomu ilə başa vurub. 2004-2005-ci ilərdə hərbi xidmətdə olub. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor kimi çalışıb. 2003-cü ildən hal-hazıradək Azərbaycan Dövlət "Yuğ" Teatrının aktyorudur. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub.
Səhnə hərəkəti, plastika, səhnə döyüşü, pantomim, qılınc təlimi, rəqs (milli, latın amerikası, müasir, disko, brek, modern) sahəsində bacarığa malikdir.
Azərbaycan dili, rus dili, türk dilini sərbəst, ingilis dilini zəif bilir.

Vəzifə Aktyor