Elxan Qasımov

Doğum günü:

24 aprel, 1945

Yaş:

71

Kinotap-da filmlər:

1

Elxan Məmməd oğlu Qasımov — Azərbaycan kinorejissoru, aktyor, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000).

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu.

Vəzifə Aktyor