İlkin Həsəni

Doğum günü:

21 oktyabr, 1983

Yaş:

33

Kinotap-da filmlər:

2

İlkin Həsəni  — televiziya aparıcısı.

İlkin Həsəni 1983-cü ilin oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperator fakültəsinə daxil olub, 2000-2001-ci illərdə foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbayan Televiziyasında çalışmağa başlayıb. 106 Fm radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb, 1 ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verlişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir. 2006-2007-ci illərdə Azərbaycan Sərhəd Qoşunlarında hərbi xidmətdə olub və xidmətini baş çavuş rütbəsi ilə başa vurub.

Subaydır.

Vəzifə Aktyor