Geri Oldmen

Doğum günü:

21 mart, 1958

Yaş:

58

Kinotap-da filmlər:

9

Qeri Leonard Oldmen (eng. Gary Leonard Oldman, 21 mart, 1958, London, İngiltərə) məşhur ingiltərəli aktyor və rejissor. Son illərdə o Harri Potter filmləri silsiləsində Sirius Blek və Kristofer Nolanın Betmen filmləri sil-siləsindəki obrazlarına görə tanınır.

Leonard Qeri Oldmen 21 mart 1958-ci ildə Londonda, qaynaqçı ailəsində anadan olub. Qerinin yeddi yaşı olanda atası ailəni tərk edib. Balaca Qeri iki bacısı ilə anasının yanında böyüyüb. Ona çox nadir hallarda baş çəkən atası 62 yaşında əyyaşlıqdan vəfat edib. On dörd yaşı olan Qeri Qrinviç Gənclər Teatrının truppasına daxil olub, on altı yaşında isə idman ləvazimatlarının satışı ilə məşğul olmaq üçün məktəbi yarımçıq qoyub. Amma o, eyni zamanda ədəbiyyatla yaxından maraqlanır və pianoda çalırmış. Dram müəllimi Rocer Vilyems Qerinin həyatında həlledici rol oynayaraq onu kino aləminə gətirib. 1979-cu ildə gənc Qeri Kent şəhərindəki Rouz Brufordun səhnə nitqi və dram kollecini əla qiymətlərlə bitirib.

Növbəti il o, Qlazqo teatrı ilə Avropa və Cənubi Amerikaya qastrol səfərinə yollanıb. Britaniya televiziyasına mütəmadi dəvətlər alan Qeri artıq 80-ci illərdə İngiltərə səhnəsinin aparıcı aktyorlarından birinə çevrilir. Bir neçə dəfə peşəkar mükafatına layiq görülən aktyor Kral saray və Kral Şekspir teatrlarında çalışmağa başlayır. 1986-cı ildə Qeri Oldmenin kinodebütü baş tutur. Aktyor "Sid və Nensi" filmində Sid obrazını canlandırır. 1988-ci ildə ABŞ-a yollanan Qeri Oliver Stounun məşhur "JFK" filmində qatil Li Harvi Osvald roluna dəvət alır. "Drakula", "Ölməz sevgili", "Beşinci element", "Prezidentin təyyarəsi" kimi filmlərdə aktyor bütün istedadını ortaya qoyub. 1998-ci ildə "Kosmosda itənlər" elmi-fantastik filminə çəkilən aktyor son dövrlərdə uşaqların sevimli qəhrəmanı Harri Potterin seriyalarına çəkilib. Hollivudda Oldmeni "aktyorların aktyoru" adlandırırlar. Tanınmayacaq qədər cilddən-cildə girməyi bacaran, hər obrazı xüsusi danışıq tərzi ilə canlandıran, Hollivudun ən valehedici canilərini oynayan və tarixdən tanınan şəxslərin rollarını ifa etməyə ən yaxşı namizəd hesab edilən Qeri bu təxəllüsü nahaq yerə almadığını sübut edib. İkinci planın qəhrəmanını oynayan aktyor çox vaxt ekranda bir nömrəli nəhəngə çevrilir. Oldmenin oynadığı filmləri elit adlandırmaq olmaz, amma aktyor rolunu o qədər bacarıqla ifa edir ki, hətta ən pis kinoda da onu seyr etmək xoş olur.

Vəzifə Aktyor