Vahid Mustafayev

Doğum günü:

4 sentyabr, 1968

Yaş:

48

Kinotap-da filmlər:

3

Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə anadan olub. 1991-ci ildən 1996-cı ilədək ANS şirkətlər qrupuna daxil olan bütün şirkətlərin yaranmasına və fəaliyyətinə rəhbərlik edir. 1996-cı ildən ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) şurasının sədri və prezidenti, 2001-ci ildən ANS Şirkətlər qrupu MMC-nin prezidentidir. ANS şirkətlər qrupu MMC-nin iştirakçıları olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV), ANS-ÇM Yayım və Media Şirkətinin, ANS-Kommers Şirkətinin və ANS-PRESS nəşriyyat evi MMC-nin, habelə ANS-in əhatə dairəsinə daxil olan şirkətlərin təsisçilərindəndir və müxtəlif vaxtlarda direktoru olub.
Azərbaycan prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Jurnalist Çingiz Mustafayevin qardaşıdır.
Ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.
Fuad Mustafayevin oğludur.
Naxış Mustafayevanın oğludur.

Vəzifə Producer