Ketrin Zita-Cons

Doğum günü:

25 sentyabr, 1969

Yaş:

47

Kinotap-da filmlər:

4

Britaniya aktrisası Ketrin Zeta Cons 25 sentyabr 1969-cu ildə Uelsin Suonsi şəhərində anadan olub. 14 yaşında televiziya şousunda iştirak etmək üçün dinləməyə dəvət olunur. Ketrin 1987-ci ildə Londonda "42-ci küçə" müziklində debüt edir. Bir ildən sonra aktrisaya Filipp de Brokun "1001 gecə" filmində Şəhrizad rolu təklif olunur. 1991-ci ildə Ketrin "Mayın sevimli qönçələri" televiziya serialına çəkilir və bu, aktrisaya böyük şöhrət gətirir. 2003-cü ildə Zeta Cons "Çikaqo" müziklində ikinci planda oynadığı rola görə Oskar mükafatı alır. Ketrin doğma Uelsdə öz şəxsi "Milkvud films" kinoşirkətinin əsasını qoyur. Aktrisanın məşhur işlərindən biri də "Zorro əfsanəsi" (2005) filmində Antonio Banderasla oynadığı rol olur. Ketrin Zeta-Cons Hollivud aktyoru Maykl Duqlasla evlidir. Onların iki uşağı - Dilan Maykl Duqlas (2002) adlı oğlu və Keris Zita Duqlas (2003) adlı qızları var.

Vəzifə Aktyor