Bəhruz Vaqifoğlu

Kinotap-da filmlər:

4

Bəhruz Vaqif oğlu Əhmədli 25 oktyabr 1982-ci ildə Zəngilanda anadan olub. 1993-cü ildən Bakıda yaşayır. Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atıb, sonra Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinə üzv olub. Qüdrət Abbasovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına Xalq Teatrında çalışıb. Sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr rejissor”luğu ixtisasında təhsil alıb (2004-2008). Eyni zamanda Akademik Milli Dram Teatrında “Dirilən adam”, “Ölüləri qəbiristanlıqda basdırın”, “Mesenat” və s. tamaşalarda kütləvi səhnələrdə rollar ifa edib.

Vəzifə Aktyor