Əmrah Ərdoğan

Doğum günü:

1 yanvar, 1971

Yaş:

45

Kinotap-da filmlər:

1

Əmrah Ərdoğan İpək 1 yanvar 1971-ci ildə Diyarbakır ilinin Ərqani ilçəsində (əhalisinin yarıdan çoxunu kürdlər, qalan qismini isə zazalar və türklər təşkil edir) kürd əsilli ailədə anadan olmuşdur. O hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir.
Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir.
Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb. Əmrahın Ebru Çolakdan Tayfun adında bir oğlu var.

Vəzifə Producer