Vin Dizel

Doğum günü:

18 iyul, 1967

Yaş:

49

Kinotap-da filmlər:

9

Vin Dizel (əsl adı: Mark Sinclair Vincent, d. 18 iyul 1967, Nyu-York şəhəri) ABŞ aktyoru.
The Fast and the Furious filmində Dominic Toretto, Saving Private Ryan filmində Caparzo, xXx filmində Xander Cage, Pitch Black və The Chronicles of Riddick filmlərində Richard B. Riddick xarakterlərini canlandırmışdır. Özünün ən yaxşı filmləri arasında göstərilən A Man Apart (İntiqam Atəşi) adlı filmdə Sean Vetter xarakterini canlandıraraq diqqətləri üzərinə çəkmişdir. Bu filmlə birlikdə aksion aktyorlarının ən yaxşıları arasında göstərilən Vin Diesel, Find me Guilty (Məni günahkar bilin) və Komando Baxıcı filmləriylə komediya nominasiyasında da müvəffəqiyyətli olduğunu sübut etmişdir. Eyni zamanda məşhur ulduz Michelle Rodriguez ilə də təxminən 2 il qədər bir əlaqələri olmuşdur. İndi belə ardıcıl olan The Fast and the Furious filminin çəkilişlərində olan Diesel köhnə sevgilisi Michelle Rodriguez ilə eyni səhnədə çalışmaqdadır. Eyni zamanda filmdə də sevimli rolunu oynamaqdadırlar.
Heç Oskar mükafatı qazana bilməyən Vin Dizelə tacsız kral ləqəbi qoyulmuşdur. Vin Dizelin 2008-ci ildə doğulmuş qızı vardır. Vin çox istiqamətli aktyor olaraq tanınır. Yalnız oynamaqla kifayətlənməz eyni zamanda prodüserlik vəzifələrində olar, ssenarilər hazırlayar. Özünün One Race Productions adlı məşhur film şirkəti vardır. Ayrıca video oyunlarına maraqlı olan ulduzun bir də Tigon Studios adlı oyun şirkəti vardır; The Wheelman və The Chronicles of Riddick oyunlarıyla bazarda yüksək satış rəqəmlərini tapmışdır...

Vəzifə Aktyor