Mark Volberq

Doğum günü:

5 iyun, 1971

Yaş:

45

Kinotap-da filmlər:

8

Mark Robert Maykl Volberq (eng: Mark Robert Michael Wahlberg, 5 iyun, 1971, Massaçusets, ABŞ) — Amerika aktyoru və prodüseri.

Mark Volberq 5 iyun 1971-ci ildə Dorçesterdə, ABŞ-ın Massaçusets ştatında anadan olub. Həmkarlar ittifaqı fəallarından birinin çoxuşaqlı ailəsində dünyaya göz açan Mark ailədə doqquz uşaqdan ən kiçiyi idi. 16 yaşında Mark məktəbi yarımçıq qoyub. O, xırda oğurluqlar və narkotik satışı ilə məşğul olurmuş. Bənna işləməyə də macal tapan yeniyetmə bir ara qanunla da müəyyən problemlər yaşayıb. İki il sonra bir Vietnamlını vəhşicəsinə döydüyü üçün onu həbs etdilər. Qardaşı Donni ilə birlikdə bir müddət "New Kids on the Block" qrupunda çalışan Mark Volberq tezliklə "Marky Mark and the Funky Bunch" adı ilə öz qrupunu yaradır. Marki Mark adı ilə 1991-ci ildə buraxdığı "Music for the people" və 1992-ci ildə çıxan "You gotta believe" albomları ona uğur gətirdi və Mark Volberq ilk ağdərili rep ifaçılarından biri kimi şöhrət qazandı. Onun "Good Vibrations" adlı sinqli geniş populyarlıq qazandı. 1992-ci ildə Mark Volberq model biznesində də uğurlu debüt etdi. O, Keyt Mossla birlikdə "Calvin Klein" açıq-saçıq alt paltarlarını reklam etməsi ilə yadda qalıb. 1993-cü ildə isə populyar müğənni ilk dəfə özünü aktyor kimi sınaqdan keçirdi və "Əvəz" telefilmində oynadı. Bu rol diqqəti bir o qədər cəlb etməsə də, bunu onun sonrakı obrazları barəsində demək olmaz. Baş rolu Denni DeVitonun oynadığı "İntibah dövrünün adamı" və "Basketbolçunun gündəliyi" adlı idman dramında Mark Volberq özünü aktyor kimi sübut etdi. Tezliklə Mark Uolberq Ceyms Follinin "Qorxu" filmində baş rola dəvət olundu. Burada onun tərəf müqabili aktrisa Riz Uizerspun idi. Amma Mark Uolberq üçün "böyük kino" istiqamətində əsl sıçrayış Pol Tomas Andersonun "Bugi gecələri" filmində Dirk Diqler obrazını oynaması ilə baş verdi. Bu film 1970-ci illərin pornofilm sənayesinə həsr edilmişdi. Aktrisalar Riz Vizerspun və Cordano Brüster ilə görüşən aktyor model Rea Durhemlə ailə qurub. 2003-cü ilin sentyabr ayında onların Ella Rae adında qızları olub, 2006-cı ildə isə ailədə oğlan uşağı dünyaya gəlib.

Vəzifə Aktyor