Penelopa Krus

Doğum günü:

28 aprel, 1974

Yaş:

42

Kinotap-da filmlər:

4

Penelopa Krus  — İspaniya aktrisası və model. İlk televiziya debütünü 16 yaşında ikən edib.

Penelopa Krus Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. O, saç ustası Ençarna Sançes ve avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe (yaxınları onu bele çağırırdı) həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu onun üçün özünəməxsus "aktyorluq" məktəbi idi. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi.

4 yaşında valideynləri Penelopanı balet sinfine yazdırır. Tezliklə Pe rəqs və cazla dərinden maraqlanmağa başlayır. İspaniya Milli Konservatoriyasında 9 il klassik alətle məşğul olandan sonra Peneopa rəqs mədəniyyətinə yiyələnmək üçü 4 ilə yaxın Kristina Rotadan dərs alır. Amma vaxt keçdikcə aktyorluq ön pana keçir və onun rəqsə olan marağı soyuyur.

14 yaşından Penelopa filmlərdə çəkilməyə başlayır. O bir sıra şou və musiqi kliplərinə də çəkilir.

Vəzifə Aktyor