Vill Smit

Doğum günü:

25 sentyabr, 1968

Yaş:

48

Kinotap-da filmlər:

5

Villard Kristofer Smit kiçik - tanınmış Amerika aktyoru.
Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti «Hollivudun ən zəhmətkeş aktyoru» adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun «Mən-əfsanə» filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə «karib piratı» Conni Depp gəlir. 


Həyatı

Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq. "Xoşbəxtlik axtarışında" filmində onunla tərəf-müqabili olan oğlu yenidən atası ilə "Nyutonun qanunu" filmində rol alacaq. Filmin prodüseri Vill Smitin özüdür. Ceyden atasının prodüser olduğu filmdə məktəb ekskursiyasından sonra qapalı elmi mərkəzə düşən istedadlı gənc ixtiraçı obrazını canlandıracaq. Filmin premyerası 2009-cu ilə planlaşdırılıb. 

Vəzifə Aktyor