Hyu Cekman

Doğum günü:

12 oktyabr, 1968

Yaş:

48

Kinotap-da filmlər:

10

Hyu Maykl Cekman — Avstraliyalı televiziya və kino aktyoru və prodüseri.
Cekman böyük filmlərdə oynadığı rolları ilə beynəlxalq tanınma qazandı. O oynadığı filmlərdə aksiyon, super qəhrəman və romantika kimi müxtəlif xarakterləri canlandırıb. Aktyor ən çox X-Men filmində rol aldığı Volverin obrazı ilə tanınır.

Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlar sahibidir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər” ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus” mükafatına namizəddir. O Jan Valjan roluna görə artıq ilk –Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb.
"X adamlar”, "Prestij”, "Fontan”, "Avstraliya”, "Van Helsing”, "Keyt və Leo” filmlərində yaratdığı rollarla milyonların sevgisini qazanıb.

Vəzifə Aktyor