Vonq Karvey

Doğum günü:

17 iyun, 1958

Yaş:

58

Kinotap-da filmlər:

2

Wong Kar-Wai (d. 17 İyul 1958 , Şanxay ), daha çox Hong Kong 'da çalışan Çinli kinoçu, rejissor, ssenari müəllifi.
Beş yaşında olarkən ailəsi Şanxaydan Hong-Konga köçdülər. Hong-Kong Politexnik məktəbində oxudu və 1980-ci ildə qrafik bölümündən məzun oldu. Hong Kong TV'sində əvvəl rejissor köməkçisi oldu, daha sonra ssenari yazmağa başladı. Ssenarisini yazdığı, 1981 istehsalı olan serial Dont Look Now uğur qazandı.
1982-ci ildə TVdən ayrıldıqdan sonra, romantik komediyadan Melodrama dəyişik növlərdə onlarla ssenari yazdı. 1988-ci ildə çəkdiyi ilk uzun metrajlı filmi As Tears Go By tənqidçilərdən müsbət rəy aldı.
1997-də ilk çinli olaraq, Happy Together filmi ilə Cannes Film Festivalı ən yaxşı rejissor mükafatına layiq oldu. 2000 istehsalı In the Mood for Love filmi tamaşaçı və tənqidçilər tərəfindən bəyənildi. 2001də BMW markası üçün The Hire: The Follow adlı qısa metrajı çəkdi.
2004-cü ildə, Əl adlı bölümünü çəkdiyi, digər bölümlərində Michelangelo Antonioni və Steven Soderbergh 'in imzası olan Eros 61-ci Venesiya Film Festivalında ilk nümayişini etdi.
2006-cı ildə 59-cu Cannes Film Festivalında münsif və bu vəzifəni boynuna götürən ilk Çinli oldu.

Vəzifə Producer