İtalyan aktrisa Bakıya gələcək

Azərbaycanda İtalyan Film Festivalının açılışında iştirak edəcək məşhur italyan aktrisa “28 Cinema” kinoteatrında olacaq.

Oktyabr ayının 20-dən 25-dək “28 Cinema” kinoteatrında keçiriləcək İtalyan Film Festivalının fəxri qonağı İtaliyanın məşhur aktrisası Anita Kravos olacaq, hansı ki, “Böyük Gözəllik” (“La grande belezza”) filminin baş qəhrəmanıdır. Film 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülüb. İtalyan mədəniyyəti və kinosu həvəskarları 20 oktyabr tarixindən premium kinoteatr olan “28 Cinema”da bir çox avropa festivallarının iştirakçısını görmək şansı qazanacaqlar.

Festivala biletləri kinoteatrın kassalarında və ya onlayn olaraq kinoteatrın rəsmi saytında əldə etmək olar. Qeyd edək ki, biletlərin qiyməti 1 AZN-dır.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər ilə təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

 

Mənbə: Tezadlar

  • Делиться: