"Birləşən Könüllər" filminin qala gecəsi olacaq.

Noyabrın 20-də türk rejissor Həsən Kıraç rejissoru olduğu “Birləşən Könüllər” filminin qala gecəsi keçiriləcək. Həmin gün “28 Cinema” türk filmləri həvəskarları üçün qapılarını açacaq.

Birləşən Könüllər” filmi İkinci Dünya müharibəsi dövründə həyatın əsas hissələrindən olan sevgi ilə yaşamış insanlar haqqındadır. Nümayiş olunan sevgi tarixçəsi 1940-cı ildən başlayır və indiki dövrə qədər davam edir. O onların ürəyində böyük sevginin tikintisi ilə məşğuldur. Film fədakar insanların əhvalatıdır; onları böyük ekranda canlandırmaq mümkün olub. Bu, təkcə sevgi tarixçəsi deyil, həmçinin Rusiyanın və Türkiyənin tarixidir.

Tədbirdə filmin baş rollarında çəkilən Hande SoralSərxan Şənalp ilə yanaşı, filmin yaradıcı heyəti də iştirak edəcək. Hər kəs noyabrın 20-də “28 Cinema”da ulduzların iştirakı ilə keçiriləcək premyeranın açılışına dəvətnamələr əldə edə bilər.

Dəvətnamələrin qiyməti 10 AZN-dir və yalnız kinoteatrın kassalarından əldə etmək olar. Dəvətnamələrin sayı məhduddur.

Mənbə: Trend

  • Делиться: