“Ay Brilliant”ın premyerasının vaxtı açıqlandı.

Azərbaycan kinosevərlərini yeni sürpriz gözləyir. "Belə ki, mart ayının 2-də Azərbaycan istehsalı olan və rekordlar qıracaq, "İlk Media" və "Azad Azərbaycan" (ATV) televiziya kanalının birgə layihəsi olan "Ay Brilliant" filminin premyerası və təqdimatı keçiriləcək. Filmə maraq böyük olduğundan "Ay Brilliant" mövsümün ən gözlənilən filmlərindən hesab olunur. Yaxın günlərdə filmin treyleri də təqdim olunacaq. Film mart ayının əvvəllərindən etibarən ölkənin bir çox kinoteatrlarında - Bakı, Sumqayıt və Naxçıvan şəhərləri daxil olmaqla nümayiş olunacaq. Film "Bozbash Pictures"-ın yaradıcıları ərəfindən hazırlanıb və komediya janrında çəkilib. Filmin baş prodüseri İlkin Həsəni, rejissoru Kənan M.M, quruluşçu operatoru Bəhruz Əliyev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Kənan M.M. Rolları isə məşhur aktyorlar İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşaliyev, əməkdar artist Şamil Süleymanov, Pervin Abıyeva və digərləri oynayıb. "Ay Brilliant" filmində hadisələr "Bozbash Pictures"dən tanıdığımız 5 əsas qəhrəmanın ətrafında cərəyan edir. Filmin qəhrəmanlarından olan Şirin təsadüfən mafiyadan oğurlanmış medalyon əhvalatının qurbanına çevrilir. Nəticədə məsələni həll etmək istəyən Şirinin dostları - qohumları Şəmi, Şöşü, Fəlakət və Şirinin özü Hacı adlı mafiya başçısının əsiri olurlar. Bütün bu hadisələrin fonunda Topal adlı başqa mafiya başçısı da məsələyə qarışır. "Ay Brilliant" filminin çəkilişləri 2014-cü ildə, əsasən avqust və sentyabr aylarında Bakı və Tiflis şəhərlərində, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda aparılıb. Filmin baş sponsoru "Badamlı" şirkətidir. Sponsorlar "1000 Bərəkət Halal Nemət" şirkəti və "Audi Bakı Mərkəzi". Rəsmi partyorlar Anadolu Restaurants & Catering, Medical Plaza, Elvet Steak House, Greet & Meet Luxury, Kral Rent a Car, Cryolan Azerbaijan. Film haqqında ətraflı məlumatı filmin rəsmi instagram və facebook sosial şəbəkələrindən və saytından əldə etmək olar. 

 

  • Делиться: